Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilidən

29 dekabr 2017, 16:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zatı-aliləri.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu inkişafa nail olub. Əminəm ki, strateji tərəfdaşlar olaraq xalqlarımızın qarşılıqlı mənafeyi naminə bizim birgə səylərimiz sayəsində əməkdaşlığımızın genişlənməsi daha böyük nailiyyətlərə gətirib çıxaracaq.

Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm.

Zati-aliləri, mənim dərin ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

 

Giorgi Marqvelaşvili

Gürcüstanın Prezidenti