30 dekabr 2017, 15:00

Səməndər Abdullayevdən, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin respublikamıza rəhbərliyiniz dövründə ölkəmizdə çox böyük dəyişikliklər baş verib, Azərbaycan sürətlə inkişaf edib.

Sizin daim böyük önəm verdiyiniz məmur-vətəndaş münasibətləri də son illər xeyli yaxşılaşıb. Bu, ümumi işimizə öz töhfəsini verməkdədir. Sizin tapşırığınıza əsasən, dövlət qurumlarının  rəhbərləri yerlərdə mütəmadi olaraq vətəndaşları qəbul edirlər. Bu qəbullarda vətəndaşlar diqqətlə dinlənilir və onlara lazımi kömək göstərilir. Yerli qurumlarda da müraciətlərə diqqətlə yanaşılır.

Hörmətli cənab Prezident, bizim kəndin gənclərinin müraciəti nəzərə  alınaraq kəndimizdə çox gözəl futbol və voleybol meydançaları qurulub onların istifadəsinə verildi. Hazırda qonşu kəndlərin gəncləri də bu idman qurğularından sərbəst istifadə edirlər. Bütün bunlara görə Sizə təşəkkürümüzü bildiririk.

Fürsətdən istifadə edərək, Sizi ad gününüz münasibətilə kəndimizin sakinləri adından təbrik edir, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, respublikamızın daha da inkişafı yolunda fəaliyyətinizdə sonsuz uğurlar diləyirik.

Hörmətlə,

Abdullayev Səməndər.

Azərbaycan Respublikası, Ağdaş rayonu, Abad kəndi.