Gerb

04 yanvar 2018, 16:35

Möhtərəm cənab Prezident,

Ölkəmiz, xalqımız üçün etdiklərinizə, dövlətimizi beynəlxalq miqyasda söz sahibinə çevirdiyinizə görə Sizə minnətdarıq.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində - dekabrın 24-də alim və mütəxəssislərin iştirakı ilə “İlham Əliyev və regionların sosial-iqtisadi inkişafı” mövzusunda elmi-praktik konfrans keçirdik. Həmin gün bizim üçün əsl bayram idi.

Fərəhlə bildiririk ki, bilavasitə idarəetmə təfəkkürünüzün məhsulu olan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra olunur. Qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı istehsalının təşkili elmi əsaslarla qurulmuş, ardıcıl olaraq yüksək nəticələr əldə edilmişdir. Müxtəlif təyinatlı sənaye və emal müəssisələri tikilmiş, səfərləriniz zamanı verdiyiniz tapşırıq, göstəriş və tövsiyələriniz, abadlıq-quruculuq və digər işlərlə bağlı sərəncamlarınız yüksək səviyyədə yerinə yetirilmişdir. Təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər siyasəti sahəsində daha sevindirici nəticələr qazanılmışdır. Lahıc qəsəbəsi ilə bağlı 2017-ci il oktyabrın 5-də imzaladığınız sərəncamlar sevincimizi ən yüksək həddə çatdırmışdır.

Möhtərəm cənab Prezident, Azərbaycanımız üçün əsl bayram, xalqımız üçün fərəh dolu bu tarixi gün ərəfəsində bildirməyi vacib sayırıq ki, bütün İsmayıllı əhalisi xalqımızı yüksəlişə aparan siyasətinizin ön cərgəsində möhkəm mövqedə dayanıb, qarşıya qoyduğunuz bütün vəzifələrin, sərəncam, tapşırıq və göstərişlərinizin icrası üçün mətin sıralarda səfərbərdir. Sizə hədsiz minnətdarlığımızı bildiririk.

Allah Sizi qorusun!

Dərin hörmət və ehtiramla,

 

“İlham Əliyev və regionların sosial-iqtisadi inkişafı” mövzusunda keçirilən elmi-praktik konfransın iştirakçıları

Azərbaycan Respublikası, İsmayıllı rayonu.