Gerb

05 yanvar 2018, 15:15

Möhtərəm cənab Prezident,

Sizin Sərəncamınızla Azərbaycan Respublikasının “Əməkdar artist”i fəxri adına layiq görülməyimdən çox böyük qürur və şərəf hissi duyuram. Şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə dərin təşəkkür edirəm.

Bundan sonra da Azərbaycanın mədəni sərvəti olan xalq rəqsləri sənətinin beynəlxalq aləmdə təbliği, İtaliyada diaspor fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində əlimdən gələni əsirgəməyəcəm.

 

Hörmətlə,

Nuriyev Mais Şükür oğlu, dosent, xoreoqraf,

İtaliyada “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti. 

İtaliya Respublikası, Legnano şəhəri.