06 yanvar 2018, 16:00

Rafis Əhmədovdan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən bir gənc olaraq Sizin daxili və xarici siyasətinizi dəstəkləyirəm. Ölkəmizə rəhbərlik etdiyiniz bütün dövrdə vətəndaş amili ön planda tutulmuş, əhalinin sosial rifah halı xeyli yaxşılaşmışdır. Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Qazax rayonunda da, tikinti-quruculuq işləri geniş vüsət almış, xüsusilə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün tədbirlər görülmüşdür. Rayon mərkəzinə uzaq olan kəndlərə belə yollar çəkilir. 

Möhtərəm Prezident, Siz daim xalqın içində olur, insanların problemləri ilə maraqlanır, onların həlli üçün müvafiq tədbirlərin görülməsi ilə əlaqədar sərəncamlar imzalayır, tapşırıqlar verirsiniz. Xalqa bağlılığınıza görə öz adımdan, ailəm və rayon camaatı adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Yeni iliniz mübarək olsun!

Hörmətlə, 

Əhmədov Rafis Əhməd oğlu

Azərbaycan Respublikası, Qazax rayonu, Ağköynək kəndi.