Gerb

09 yanvar 2018, 18:00

Hörmətli cənab Prezident,

Respublikamızın hər bir guşəsində olduğu kimi, gənclər şəhəri sayılan Sumqayıtda da yaradılmış sabitlik, tərəqqi, abadlıq, sağlam mühit üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Doğma şəhərimizə göstərdiyiniz qayğı yerli əhalidə xoş ovqat yaratmışdır. Quruculuq işləri son zamanlarda sürətlə davam edir. Yaşayış binaları əsaslı təmir olunmuş, şəhərimizin yollarına yeni asfalt örtüyü çəkilmişdir. Gözəl və müasir memarlıq üslubunda tikilib-qurulan dənizkənarı park, Bayraq Muzeyi isə şəhərimizə bir ayrı gözəllik bəxş etmişdir.

Hörmətli cənab Prezident, bütün bu işlərə dəstək olduğunuza görə şəhər sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, yeni ildə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Əzizov Əziz Sədi oğlu,

Hacıyeva Elmira Balaseyid qızı,

Adıgözəlova Tükəzban İsmayıl qızı,

Nəbiyeva Xatirə Aydın qızı və başqaları.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.