11 yanvar 2018, 19:00

Yunis İsayevdən, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Müasir müstəqil Azərbaycan Respublikasının inkişafı üçün böyük işlər görmüş ulu öndərimiz Heydər Əliyev dövlətimizə, xalqımıza həmişə dayaq olmuşdur. Biz çox sevinirik ki, Siz bu ənənəni layiqincə davam etdirir, xalqımızın rifahı üçün çalışırsınız. Biz Sizin həyata keçirdiyiniz daxili və xarici siyasətinizi həmişə dəstəkləmişik, gələcəkdə də dəstəkləyəcəyik. Çünki bu siyasət həm xalqımızın güzəranının yaxşılaşmasında, həm də ölkəmizin beynəlxalq aləmdə tanınmasında və nüfuzunun yüksəlməsində mühüm rol oynayır.

Əziz Prezidentimiz, vaxtilə Ümummilli Liderimizin söylədiyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq və Sizin kimi dövlət başçımız vardır.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il münasibətilə təbrik edir, növbəti ildə uğurlarınızın daha da bol olmasını arzulayırıq.

Hörmətlə,

İsayev Yunis Həşim oğlu.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.