23 yanvar 2018, 14:00

Fərhad Babayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin Sərəncamınızla Azərbaycanımızın ən yüksək mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif olunmağımdan çox böyük qürur və şərəf hissi duyur, bunu fəaliyyətimə göstərilən yüksək diqqət və qayğınız kimi qəbul edirəm. Şəxsən öz adımdan və Ulu Öndərin adını daşıyan Heydər Əliyev Sarayının kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

Möhtərəm cənab Prezident, bu mükafat məni daha yaxşı işləməyə ruhlandırıb. Əmin olun ki, bundan sonra da müstəqil Azərbaycanımıza sədaqətlə xidmət edəcək, Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı və təbliğində xidmətlərimi əsirgəməyəcəyəm. Allah Sizi və ailənizi qorusun.

Dərin hörmətlə,

Fərhad Babayev, Əməkdar Mədəniyyət İşçisi,

Heydər Əliyev Sarayının direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.