Gerb

23 yanvar 2018, 23:35
W1siziisijiwmtgvmdevmjmvynoycdd1y2k1xzaxlkpqryjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=1c737bacfa45a9e4

Prezident İlham Əliyev Davosda ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman ilə görüşüb.

Stiven Şvarzman bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirdi. O, “Blackstone” şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğuladı.

Prezident İlham Əliyev “Blackstone” şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirdi. Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə olundu.


Böyük ölçüdə