Gerb

24 yanvar 2018, 15:05
W1siziisijiwmtgvmdevmjqvmznrdmrvmws1mf8wmi5kuecixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=f770a61c63b654e8

Prezident İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulandı. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirildi.

Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət etdi.


Böyük ölçüdə