27 yanvar 2018, 12:00

Valeh Salehovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İdrakınızın qüdrəti, qlobal təfəkkürə əsaslanan idarəetməniz, xalqa dərin məhəbbətiniz və tükənməz qayğınız, milli taleyimizin məsuliyyətini dəyanətlə daşımağınız nəticəsində 2017-ci ili uğurla başa vurduq.

Bir ictimai fəal, dövlət qulluğu və təhsil veteranı kimi fərəhlə bildirirəm ki, İsmayıllı sakinləri, xüsusilə şəxsən mən özüm, ailəm, övladlarım və nəvələrim varlığınıza sevinərək, hər birimizin taleyini öz şəxsi taleyinizdən də üstün tutduğunuza görə Sizə minnətdarıq. Sizin sayənizdə biz 2018-ci ilə fərəhlə, Ali Baş Komandanlığınız altında qazanılacaq Qələbəyə, ərazi bütövlüyümüzün bərpa ediləcəyinə sonsuz inamla qədəm qoymuşuq.

Hər birimiz Sizin tapşırıq, tövsiyə və göstərişlərinizi yerinə yetirmək əzmindəyik. Yaxşı başa düşürük ki, ölkəmizin daha firavan, xoşbəxt həyatı, sabahımız, gələcəyimiz yalnız Sizin ali rəhbəriyinizlə bağlıdır. Ona görə də Sizə həmişə duaçıyıq.

Allah Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

Salehov Valeh Məmmədhəsən oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.