29 yanvar 2018, 20:30

Fəxrəddin Balakişiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Yaşadığımız Sabunçu rayonunun Maştağa qəsəbəsinə içməli su və kanalizasiya xətti çəkdirdiyinizə görə Sizə kənd sakinləri və öz adımdan təşəkkürümüzü bildiririk. Uzun illər bizim kənddə içməli su problemi olub. Sizin sayənizdə bu problem tezliklə aradan qaldırılacaqdır.

Möhtərəm Prezident, zəhmətkeş insan olaraq, qəsəbəmizdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamınıza görə Sizə minnətdarlığımı bildirirəm. Bir daha Sizə təşəkkür edir, cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Balakişiyev Fəxrəddin

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi.