10 fevral 2018, 14:30

Maarif Allahverdiyev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz Tərtər rayonunun N.Nərimanov küçəsindəki 16, 22, 30 saylı yaşayış evlərində oluruq. Uzun illər idi ki, binamız təmir edilmirdi. Ona görə də çox çətinlik çəkirdik. Sizin diqqət və qayğınız nəticəsində çətinliklərimiz artıq arxada qalıb. Rayonumuza səfərinizdən sonra çoxmənzilli binaların təmiri ilə bağlı verdiyiniz sərəncam əsasında yaşadığımız bina əsaslı təmir olunur və binaətrafı ərazilərdə abadlıq işləri aparılır.

Hörmətli cənab Prezident, biz çoxmənzilli binada yaşayan sakinlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildirir və Azərbaycanın firavan gələcəyi üçün gördüyünüz işləri təqdir edirik. 

Hörmətlə,

Allahverdiyev Maarif, 

Əliyev Fəqan, 

Əliyeva Güldanə,

Məmmədova Gülən, 

Paşayeva Hökumə. 

Azərbaycan Respublikası, Tərtər rayonu.