Gerb

10 fevral 2018, 15:00

Hörmətli cənab Prezident,

Siz ölkə əhalisinin, xüsusilə də sadə və zəhmətkeş insanların, torpağa bağlı kəndlilərin daim qayğısına qalırsınız. Kəndlilərə texnikanın, subsidiyanın, gübrələrin güzəştli şərtlərlə verilməsi çox yaxşı haldır. Sizin qayğınız və diqqətiniz sayəsində torpaq sahələrinin daha səmərəli əkilib becərilməsinə nail olmuşuq. Yeni torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, əkin-biçin işlərinin genişləndirilməsi həm də yeni iş yerlərinin açılması, kəndlinin güzəranının yaxşılaşması deməkdir. 

Əziz Prezidentimiz, görülən bütün bu işlərə görə öz adımdan və kənd camaatı adından Sizə dərin minnətdarlığımı bildirir, işlərinizdə uğurlar arzulayıram. 

Hörmətlə,

Əzizov Bilal

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Aşağı Cürəli kəndi.