Gerb

12 fevral 2018, 14:05

Möhtərəm cənab Prezident.

Gənclər siyasəti bu gün Azərbaycanda dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də Sizin yaratdığınız böyük imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilərək dövlətçilik naminə bütün qüvvələrini səfərbər edirlər. Bütün bunlar Sizin Azərbaycan gəncliyinə göstərdiyiniz diqqət və qayğının nəticələridir.

 Hörmətli cənab Prezident, həmkarlar hərəkatının inkişafındakı xidmətlərimə görə məni “Tərəqqi” medalı ilə təltif edərək böyük diqqət və etimad göstərmisiniz. Bu təltifin 2 fevral - Gənclər Gününə təsadüf etməsi məndə ikiqat sevinc və fərəh hissi yaratdı. Biz gənclər bir daha əmin olduq ki, dövlətimizin başçısı hər zaman bizi dəstəkləyir, fəaliyyətimizi yüksək qiymətləndirir.

Ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında rolu olan bir gənc professor kimi Sizə dərin təşəkkürümü bildirirəm və bu etimadınızı hər zaman doğrultmaq üçün bütün qüvvəmi səfərbər edəcəyəm.

2018-ci il aprel ayının 11-də Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini və həmin seçkilərdə YAP-ın vahid namizədi kimi dəstəkləyir, bu şərəfli yolda Sizə uğurlar arzulayırıq. Bütün xalqımız kimi,  biz gənclər də növbəti illərdə Azərbaycanın inkişafı naminə Sizin ətrafınızda sıx birləşəcək və daim Sizə dəstək olacağıq.

Hörmətlə,

Babanlı Yusif Məmməd oğlu, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.