Gerb

13 fevral 2018, 11:35

Hörmətli cənab Prezident.

Masallı rayonunun Ətçələr və Səmidxan kəndlərinin sakinləri adından Sizə təşəkkürümü bildirirəm. Son illər ərzində Sizin sərəncamlarınıza və təsdiq etdiyiniz Dövlət proqramlarına əsasən rayonumuzun avtomobil yolları, o cümlədən bizim kənd də daxil olmaqla bir çox kəndlərin yolları əsaslı təmir olunub və ya yenidən qurulub.

Yol infrastrukturunun yaxşılaşdırılması bütövlükdə rayonumuzun iqtisadi inkişafına, sosial-mədəni həyatın canlanmasına, əhalinin güzəranının yaxşılaşmasına müsbət təsirini göstərməkdədir.

Möhtərəm cənab Prezident, yol probleminin həlli biz kənd sakinlərini çox sevindirir. Yolunuz hər zaman açıq, qədəmləriniz mübarək olsun.

Hörmətlə,

Hüseynov Həzrətqulu Absalam oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu.