15 fevral 2018, 15:00

Əhmədağa Mirağazadədən, Yardımlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin regionların inkişafına göstərdiyiniz qayğı və diqqət nəticəsində əhalinin intensiv istifadə etdiyi Yardımlı magistral yolu boyunca

bulaqlar tikilərək sakinlərin istifadəsinə verilib. Bu, rayon əhalisinin çox böyük sevincinə səbəb olub.

Əziz Prezidentimiz, bizə göstərdiyiniz diqqət və qayğıya görə rayon ağsaqqalları adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Allah Sizi qorusun.

 

Hörmətlə,

Mirağazadə Əhmədağa Mirağa oğlu.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Tilə kəndi.