15 fevral 2018, 15:50

Rafiq Quliyevdən, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin xalqımıza diqqət və qayğınızı biz daim hiss etmişik. Xüsusilə öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınlara və məcburi köçkünlərə olan diqqətinizi qeyd etmək istərdim. Gəncə şəhəri ərazisində salınmış 600 evlik böyük qəsəbə, həmçinin qəsəbədə istifadəyə verilən müasir tipli məktəb, xəstəxana, zəngin kitabxana, mədəniyyət evi, uşaq bağçası və digər obyektlər əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasının və bizə olan isti münasibətin bariz nümunələridir.

Möhtərəm cənab Prezident, biz xocalılılar illər öncə ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləmişik, bu gün də Sizin siyasətinizi dəstəkləyirik. Prezident seçkilərində də bizim dəstəkləyəcəyimiz namizəd Siz olacaqsınız. İnanırıq ki, Siz yenidən dövlətimizin başçısı seçiləcək və xalqımızın rifahı naminə başlatdığınız işləri davam etdirəcəksiniz.

Xocalı rayonunun fəal gəncləri adından dərin hörmətlə,

Quliyev Rafiq Şahlar oğlu.

Azərbaycan Respublikası, Göygöl rayonu.