17 fevral 2018, 13:00

Sədiqə İsayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

İlk öncə ölkəmizdə olan əmin-amanlığa və tərəqqiyə görə Sizə minnətdarlığımı bildirirəm.

Kitabxana mədəniyyətimizin və təhsilimizin mühüm tərkib hissəsidir. Sizin Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında 2007-ci ildə imzaladığınız Sərəncamdan sonra əməkdaşı olduğum Azərbaycan Memarlıq və İnşaat Universitetinin kitabxanasında da ciddi dəyişikliklər oldu. Biz elektron kataloq və kitabxana yaratdıq. Elektron kitabxanaya Hər dəfə baxanda fərəh hissi keçirir və bu işin görülməsindən zövq alıram.

Möhtərəm cənab Prezident, bu sevinci bizə yaşatdığınıza görə Sizə minnətdaram.

Allahdan Sizə möhkəm cansağlığı və uzun ömür arzu edirəm.

Hörmətlə,

İsayeva Sədiqə Mayıs qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi.