17 fevral 2018, 13:20

Baba Niftəliyevdən, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident.

Xaçmaz rayonunun bir çox kənd və qəsəbələrinə qaz xəttinin çəkilişi ilə əlaqədar Nabran ağsaqqalları adından Sizə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Aprelin 11-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Biz arzulayırıq və inanırıq ki, Siz yenidən ölkəmizin Prezidenti seçiləcəksiniz. Bu inamımızı möhkəmləndirən Sizin apardığınız uğurlu daxili və xarici siyasət, ölkəmizin yüksəlişə gedən yoludur.

Möhtərəm cənab Prezident, Sizin daim xalqın qayğısına qalmağınız, respublikamızın güclü, qüdrətli dövlətə çevrilməsi və daha da gözəlləşməsi üçün yorulmadan çalışmağınız bu inamımızı sönməz edib. Biz Sizi hər zaman dəstəkləyirik. Allah Sizə möhkəm cansağlığı və uzun ömür versin.

Hörmətlə,

Niftəliyev Baba. 

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Şimali kəndi.