19 fevral 2018, 18:30

Tofiq Ağahüseynovdan, Bakı, Azərbaycan

Cənab Ali Baş Komandan.

Minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, veteranlara qayğının əsası hələ Sovetlər dövründə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqilliyimiz bərpa edildikdən sonra isə xalqımızın iradəsi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Liderin imzaladığı ilk sənədlərdən biri olan “Veteranlar haqqında” Qanunda bu qayğı öz hüquqi əsasını tapmışdır. Razılıq hissi ilə bildirirəm ki, Ulu Öndərin veteranlara göstərdiyi qayğı bu gün də Sizin tərəfinizdən ardıcıllıqla davam etdirilir. Biz bunu Sizin sərəncam və fərmanlarınızda görürük.

Hörmətli cənab Prezident, məni Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ölkəmizin müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Ağahüseynov Tofiq Yaqub oğlu, general-polkovnik,

Respublika Veteranlar Təşkilatının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.