20 fevral 2018, 16:30

Elşən Əhmədovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızda gedən irimiqyaslı tikinti, abadlıq və quruculuq işləri bizi ürəkdən sevindirir. Aparılan bu işlər Ağdam rayonunda da uğurla davam etdirilir. Sizin Sərəncamınızla ayrılan maliyyə vəsaiti hesabına rayonun 1 qəsəbəsini, 10 kəndini və 3 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd –Xındırıstan avtomobil yolunun tikintisi bu diqqət və qayğınızın bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, biz ağdamlılar Sizin apardığınız məqsədyönlü siyasəti alqışlayır, Sizə möhkəm cansağlığı, uzun ömür arzulayır, gələcək işlərinizdə uğurlar diləyirik.

Biz həmişə Sizinləyik.

Hörmətlə,

Əhmədov Elşən.