20 fevral 2018, 17:00

Fəxrəddin Kərimbəylidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz altında ölkəmiz gündən-günə, ildən-ilə sürətlə inkişaf edir. Xüsusilə regionların inkişafına dair Dövlət proqramları uğurla həyata keçirilir. Bütün Azərbaycan xalqı kimi, biz Sabunçu rayonunun Balaxanı qəsəbəsinin sakinləri də Sizin qayğınızı hər an hiss edirik.

“Təmiz şəhər” layihəsinin həyata keçirilməsi çərçivəsində qəsəbəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması, Bakı bərk məişət tullantılarının yandırılması zavodunun, Balaxanı Sənaye Parkının yaradılması, qəsəbəmizin içməli su təminatının yaxşılaşdırılması, Xırdalan, Biləcəri, Balaxanı yaşayış məntəqələrini birləşdirən yolun yenidən qurulması istiqamətində işlərə başlanılması sakinlərimizin Sizə və dövlətimizə inamını daha da artırdı. Bunlar Sizin bizə göstərdiyiniz qayğının bariz nümunələridir.

Möhtərəm cənab Prezident, bu qayğınıza görə Sizə minnətdarlığımızı bildiririk.  Bu il keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcək və Sizə səs verəcəyik. Bir daha Sizə “Çox sağ ol, çox yaşa, əziz Prezidentimiz!” deyirik.

Hörmətlə,

Kərimbəyli Fəxrəddin Sadıq oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi.