06 mart 2018, 16:00

Cahangir Zülfüqarovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz daim respublikamızın ziyalılarının, mədəniyyət və incəsənət işçilərinin qayğısına qalır, onların fəaliyyətini yüksək qiymətləndirirsiniz. Biz şadıq ki, ulu öndərimiz Heydər Əliyevin qoyduğu bu ənənə Sizin şəxsiyyətinizdə geniş təcəssümünü tapıb.

Əziz Prezidentimiz, mən növbəti dəfə Sizin bu qayğınıza layiq görüldüyüm üçün dərin minnətdarlıq hissi ilə Sizə təşəkkür etməyi özümə borc bilirəm.

Böyük hörmətlə,

Zülfüqarov Cahangir Oqtay oğlu, bəstəkar, Əməkdar İncəsənət Xadimi.

Azərbaycan Respublikası, Bakı şəhəri.