07 mart 2018, 16:50

Rəhilə Həsənovadan, Bakı, Azərbaycan

Hörmətli Prezidentimiz İlham Əliyev!

Mən Qusarda doğulmuşam, Bakıda yaşayıram. Yorulmaz əməyinizə görə Sizə təşəkkürümü və ehtiramımı bildirmək istəyirəm. Mən Ulu Tanrıya şükür edirəm ki, Sizin kimi Prezidentimiz var. İlk növbədə Sizin valideynlərinizə ehtiramımı bildirirəm ki, ölkəmizin həqiqi vətənpərvəri olan belə bir oğul tərbiyə ediblər!

Vətənimizə və sadə insanlara sevginizə görə sağ olun. Qoy Sizin həyat eşqiniz və sağlamlığınız heç vaxt tükənməsin! Biz öz Prezidentimizlə fəxr edirik! Siz güclü siyasətçi və sadəcə, çox yaxşı insansınız. Belə bir ölkənin Prezidenti olmaq böyük məsuliyyət və gərgin zəhmət deməkdir. Siz ölkəmiz üçün, xalqımız üçün qeyri-adi dərəcədə çox iş görmüsünüz. Mən öz ölkəmlə fəxr edirəm və bunda Sizin əməyiniz və xidmətiniz var. Xalq Sizi sevir. Biz Sizə səmimi qəlbdən cansağlığı diləyir, hələ uzun illər boyu hakimiyyətdə olmağınızı arzu edirik. Özünüzü qoruyun! Allah Sizi qorusun!

Hörmətlə,

Rəhilə Həsənova,

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu