07 mart 2018, 16:25

Orxan Bağırzadə və başqalarından, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyiniz ilə respublikanın hər yerində olduğu kimi, kurort şəhəri Naftalanda da əhalini narahat edən problemlərin həlli istiqamətində bir çox işlər görülmüş və hazırda da ardıcıl olaraq davam etdirilir. Sizin 2018-ci il martın 1-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığınız Sərəncam bizi, eləcə də bütün şəhər əhalisini ürəkdən sevindirdi. Bu, həm biz tibb işçilərinin iş şəraitinin yaxşılaşmasına, həm də sakinlərə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə əvəzsiz töhfədir. Bu, bir daha Sizin insanların sağlamlığına diqqət və qayğınızın əyani nümunəsidir.

Cənab Prezident, Naftalanda insanlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Naftalan Şəhər Mərkəzi Xəstəxanasının kollektivi adından dərin hörmətlə,

Bağırzadə Orxan, baş həkim

Həsənova Xalidə, pediatr

Hüseynova İlhamə, terapevt

İbrahimov Hikmət, terapevt.

Azərbaycan Respublikası, Naftalan şəhəri.