07 mart 2018, 16:10

Solmaz Hüseynovadan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Mingəçevirə hər gəlişiniz şəhərimizdə yeni uğurların təməlini qoyur. Bu günlərdə Mingəçevirə səfəriniz zamanı açılışını etdiyiniz istehsal müəssisələri, “ASAN həyat” kompleksi, içməli su təchizatı sistemi dediklərimizə əyani sübutdur. Şəhərimizdəki çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı imzaladığınız Sərəncam isə bizi bir daha sevindirdi.

Möhtərəm cənab Prezident, bu diqqət və qayğıya görə Sizə ürəkdən “Çox sağ olun” deyir, səbirsizliklə növbəti səfərinizi gözləyirik.

Hörmətlə,

Hüseynova Solmaz Mahmud qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.