08 mart 2018, 11:05

İmran Əzizov və başqalarından, Mingəçevir, Azərbaycan

Əziz və hörmətli cənab Prezident.

Mingəçevirin inkişafı üçün gördüyünüz tədbirlər şəhər sakinlərinin böyük sevincinə səbəb olub. Bu yaxınlarda şəhərimizə səfəriniz zamanı açılışını etdiyiniz müəssisələr və çoxmənzilli binaların dam örtüklərinin təmiri üçün ayırdığımız vəsait Sizin şəhərimizin inkişafına böyük hədiyyənizdir.

Möhtərəm cənab Prezident, bütün bunlar Mingəçevir sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılmasında böyük rol oynayacaq. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əzizov İmran Mehtixan oğlu

Alıyeva Pərvanə Məlikməhəmməd qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.