12 mart 2018, 14:20

Şəhanə Osmanovadan, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident.

Fəaliyyətimə yüksək qiymət verərək və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu, təkcə mənim deyil, həm də Ağstafa qadınlarının rayonun ictimai həyatında göstərdikləri fəallığa verilən dəyərdir.

Ulu öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı kimi Siz həmişə biz qadınlara xüsusi diqqət və qayğı göstərirsiniz. Mən də öz növbəmdə çalışacağam ki, bu etimadı yeni işlərlə və nailiyyətlərimlə doğruldum.

Məni bu yüksək mükafata layiq gördüyünüzə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Osmanova Şəhanə Məcid qızı.

Azərbaycan Respublikası, Ağstafa rayonu.