12 mart 2018, 14:10

Əlişah Cavadovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin diqqət və qayğınız sayəsində 2-ci Alcanlı kəndində qısa müddətdə modul tipli yeni məktəb binası tikildi və övladlarımızın istifadəsinə verildi. Bu xeyirxah işinizə görə bütün kənd əhalisi Sizə təşəkkür edir.

Allah Sizi var etsin, ömrünüz uzun olsun.

Böyük hörmət və ehtiramla,

Cavadov Əlişah Cavad oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Alcanlı kəndi.