10 mart 2018, 16:30

Əmiraslan Zeynalov və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

“Abad kənd yolundan tanınar” deyərlər. Şükürlər olsun ki, Sizin Sərəncamınızla yenidən çəkilən Tərtər-Seydimli-Qaradağlı-Sarov yolu sayəsində rayon mərkəzi və qonşu kəndlərlə gediş-gəlişimiz asanlaşıb. Bu günlərdə sevincimizə daha bir sevinc də əlavə olundu. Buruc, Güləbatlı, Xoruzlu, Kəbirli, Bayandurlu və Qaradağlı kəndlərini birləşdirən kəndlərarası avtomobil yolunun çəkilişinə başlanılıb.

Möhtərəm cənab Prezident, kəndlilərə, təsərrüfat adamlarına göstərdiyiniz diqqət və qayğı bizi daha yaxşı işləməyə, kənd təsərrüfatı məhsullarının istehsalını artırmağa, Sizin qayğınıza əməli işimizlə cavab verməyə səsləyir.

Tanrı Sizi qorusun.

Xoruzlu kənd sakinləri adından dərin hörmətlə,

Zeynalov Əmiraslan

Nəsirov Arif

Alışov Mayıl

Abbasov Fəxrəddin

Xasıyev Vəli.

Azərbaycan Respublikası, Tərtər rayonu.