10 mart 2018, 15:30

Müşfiq Əhmədov və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Mingəçevir şəhərində yeni obyektlərin açılması, çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi və təmiri işlərinin davam etdirilməsi ilə bağlı imzaladığınız Sərəncam bizi çox sevindirdi. Yeni istehsal müəssisələrinin yaradılması iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi, güzəranının yaxşılaşması deməkdir. Əminik ki, bu diqqət və qayğı davam edəcək və Mingəçevirin əvvəlki şöhrətinin özünə qaytarılmasına zəmin yaradacaq.

Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Əhmədov Müşfiq Nəcəf oğlu

Ruşanov Nəbi Musa oğlu

Seyfullayeva Kubra Surət qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.