09 mart 2018, 16:50

Nəbi Zalışovdan, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz həmişə Sizin yanınızda olacağıq. Biz Sizin siyasətinizi bəyənir, xalqımıza və millətimizə göstərdiyiniz hər cür köməyi, qayğını görür və hiss edirik. Xalqımızın müdrik oğlu kimi Sizinlə fəxr edirik.

Əziz Prezidentimiz, Sizi bütün varlığımızla dəstəkləyir və yenidən Prezidentimiz seçilməyinizi, xalqımızın rifahı və gələcəyi üçün yenidən liderlik kürsüsündə olmağınızı Rəbbimizdən təvəqqe edirik.

Ailəmiz adından Sizə uğurlar arzulayıram, cənab Prezident!

Böyük hörmət və ehtiramla,

Zalışov Nəbi Həbib oğlu.

Azərbaycan Respublikası, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndi.