09 mart 2018, 16:35

Sehranə Rzayevadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Təhsil sahəsindəki nailiyyətlər Azərbaycanda inkişaf konsepsiyasının əsas tərkib hissəsidir. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir.

2003-cü ildən bəri ölkəmizdə 3 mindən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmadığı qədər zəngin bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb. Sevindirici haldır ki, bu tikililər içində 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası da var. Üç mərtəbədən ibarət yeni məktəb binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq zalları fəaliyyət göstərir.

Cənab Prezident, təhsilə göstərdiyiniz diqqət və qayğıya görə Sizə çox təşəkkür edirəm.

Hörmətlə,

Rzayeva Sehranə Nəriman qızı, Əməkdar Müəllim.

Azərbaycan Respublikası, Salyan rayonu.