07 mart 2018, 16:23

Səbuhi İbayev və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin mədəniyyət və incəsənətimizə, sənət adamlarına diqqətiniz sayəsində bu sahələr gündən-günə inkişaf edib zənginləşir. Ölkəmizin sosial-iqtisadi və mədəni inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüdlərin məbləğinin artırılması barədə imzaladığınız Sərəncam həmin insanlara tükənməz diqqətinizin parlaq təzahürüdür.

Bu xeyirxahlığa görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, göstərdiyiniz qayğıya yeni-yeni yaradıcılıq uğurları ilə cavab verəcək, xalqımıza və dövlətimizə sədaqətlə xidmət edəcəyik.

Eyni zamanda, bildiririk ki, qarşıdan gələn prezident seçkilərində Sizi ürəkdən dəstəkləyirik. Böyük inamla, məhəbbətlə Sizə - işıqlı, nurlu, ilhamlı sabahımıza səs verəcəyik. Ulu Tanrı köməyiniz olsun.

Hörmətlə,

İbayev Səbuhi

Əliyeva Gülüstan

Bağırov Abbas, Əməkdar artistlər.

Azərbaycan Respublikası, Bakı şəhəri.