06 mart 2018, 10:50

Vaqif Məmmədovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz həmişə Mingəçevirə diqqət və qayğı göstərirsiniz. Sizin şəhərimizə hər gəlişinizdə yeni parklar, sənaye müəssisələri, sosial obyektlər, istirahət məkanları açılır və sakinlərinin ixtiyarına verilir. Siz şəhərimizin su-kanalizasiya sisteminin yenidən qurulmasına, binaların dam örtüklərinin və fasadlarının təmirinə dəfələrlə vəsait ayırmısınız. Bütün bunlar Sizin insanlara qayğınızın və xoş münasibətinizin təzahürüdür.

Cənab Prezident, bütün mingəçevirlilər qarşıdan gələn prezident seçkilərində Sizi dəstəkləyir və Sizə uğurlar arzulayırlar.

Hörmətlə,

Məmmədov Vaqif Yaqub oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.