15 mart 2018, 14:45

Eldəniz Bağırov və başqalarından, Gədəbəy, Azərbaycan

Möhtərəm cənab Prezident.

İlk növbədə, qarşıdan gələn Novruz bayramı münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Sizin 2018-ci il 5 mart tarixli Sərəncamınızda respublikanın bir çox yaşayış məntəqələri ilə yanaşı, Gədəbəy rayonunun Çaldaş və Səbətkeçməz kəndlərinin də qazlaşdırılması nəzərdə tutulub. Bu, əhali arasında böyük sevincə səbəb olub.

Cənab Prezident, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə gədəbəylilər, o cümlədən kəndimizin camaatı adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və işlərinizdə yeni-yeni uğurlar arzu edirik.

Hörmətlə,

Bağırov Eldəniz Qəfər oğlu

Musayeva Sənəm Məmi qızı

Cabbarov Ələddin İlyas oğlu

Məmmədov Yaşar Niftalı oğlu.

Azərbaycan Respublikası, Gədəbəy rayonu.