15 mart 2018, 15:05

Vüqar Ağayev və başqalarından, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin mədəniyyət müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncamınız bizə böyük sevinc bəxş etdi. Siz milli-mənəvi dəyərlərimizin qoruyucusu və hamisi olaraq hər zaman mədəniyyət, incəsənət sahəsində çalışanlara dəstək olursunuz.

Möhtərəm cənab Prezident, bu sevinci bizə yaşatdığınıza görə Sizə minnətdarıq və səmimi qəlbdən təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, hər zaman və hər yerdə olduğu kimi, bundan sonra da daim Sizi dəstəkləyəcək, Sizinlə bir olacağıq.

Salyan rayon mədəniyyət işçiləri adından dərin hörmətlə,

Ağayev Vüqar Hamlet oğlu

Qaraşov Cahangir Bahadir oğlu

Əhədova Günaydın Fərhad qızı

Əliyeva Səidə Məmmədağa qızı və başqaları (cəmi: 50 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu.