16 mart 2018, 12:50

Bəsirə Abbasovadan, Ucar, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan qadınları Sizin ölkəmizin inkişafı naminə apardığınız uğurlu siyasətinizi dəstəkləyir, cəmiyyətimizin ictimai-siyasi həyatında onlara göstərdiyiniz daimi qayğını gündəlik həyatlarında hiss edir və bunlara görə Sizə dərin minnətdarlıqlarını bildirirlər.

Bunun bariz nümunələrindən biri 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində bir qrup Azərbaycan qadınının, o cümlədən mənim yüksək dövlət mükafatına - “Tərəqqi” medalına layiq görülməyimizdir.

İcazə verin, əməyimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı bildirim. Sizə uzun ömür, möhkəm cansağlığı, ölkəmizin inkişafı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Abbasova Bəsirə Qurban qızı,

Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Azərbaycan Respublikası, Ucar rayonu.