16 mart 2018, 13:00

Səfurə Rəhimovadan, Qazax, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Əməyimi yüksək qiymətləndirərək məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə bütün ailəmiz adından Sizə minnətdarlığımızı bildirir və təşəkkür edirik.

Siz ölkəmizin sürətli inkişafı naminə çox böyük işlər görürsünüz. Siz daim insanların qayğısına qalır, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlinizdən gələni edirsiniz.

Hörmətli cənab Prezident, apardığınız məqsədyönlü daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik. Sizə işlərinizdə daim uğurlar arzulayırıq. Qoy, Uca Allah Sizi qorusun.

Böyük hörmətlə,

Rəhimova Səfurə Firudin qızı,

Ağköynək kənd tam orta məktəbinin direktoru.

Azərbaycan Respublikası, Qazax rayon, Ağköynək kəndi.