16 mart 2018, 14:00

Allahverən Şərifovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz zəngin biliyiniz və təcrübəniz sayəsində ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirərək ölkəmizin gündən-günə çiçəklənməsini təmin etmisiniz. Bu, sağlam düşüncəli hər bir şəxs, o cümlədən erməni zülmü nəticəsində Azərbaycana pənah gətirmiş bir ziyalı kimi mənim də ürəyimcədir.

Cənab Prezident, gördüyünüz bütün işlərə görə Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayıram. Növbəti seçkilərdə prezidentliyə Sizdən başqa layiqli namizəd görmürəm.

Qeyd etmək istəyirəm ki, ötən əsrin 70-ci illərində erməni zülmündən xilas olaraq pənah gətirdiyim Sumqayıt şəhərində məhz ulu öndərimiz Heydər Əliyevin qayğısı sayəsində işlə təmin olunmuş, bu böyük etimadı doğrultmaq üçün həmişə var qüvvəmlə çalışmışam.

Əziz Prezidentimiz, hazırda təqaüddə olsam da, daxilən qürur hissi ilə yaşayıram ki, respublikamıza Sizin kimi zəngin biliyə, təcrübəyə, yüksək milli-mənəvi dəyərlərə malik bir şəxsiyyət rəhbərlik edir.

Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Onu da vurğulamaq istəyirəm ki, biz Sizin müdrik rəhbərliyiniz altında həyata keçirilən bütün işləri bundan sonra da dəstəkləyəcəyik.

Tanrı Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

Şərifov Allahverən, Əmək veteranı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.