Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

16 mart 2018, 18:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Səfərov Rövşən Elxan oğlu

“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə

Abdullayev Ramil İntizam oğlu

Əhmədov Tural Rüstəm oğlu

Əliyev Pərviz Namiq oğlu

Hüseynova Əfsanə Məzahir qızı

İsayev Əli Arif oğlu

Kazumova Günay Şaiq qızı

Kərimova Zülfiyyə Ənvər qızı

Məmmədov Kənan Əsvər oğlu

Mirzəyev Elvin Əli oğlu

Mikayılov Bağır Mikayıl oğlu

Şirəliyev Kamil Güləli oğlu.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2018-ci il.

SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10