17 mart 2018, 15:00

Araz Hüseynov və başqalarından, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bu gün Sizin rəhbərliyiniz ilə qüdrətli Azərbaycan Respublikasının inkişaf istiqamətlərində bədən tərbiyəsi və idman sahəsi özünəməxsus yer tutur. Sizin ölkə idmanına və idmançılarına göstərdiyiniz böyük diqqət və qayğını hər bir idmançı öz üzərində hiss edir. Bu gün respublikamızda əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhtəşəm idman siyasətinin Sizin tərəfinizdən layiqincə və uğurla davam etdirilməsi ölkə idmançılarını, xüsusən də Salyan rayon idmançılarını sevindirir və hər zaman qələbələrə, daha böyük nailiyyətlərə səsləyir. Sizin idmançılara göstərdiyiniz yüksək qayğının nəticəsidir ki, idmançılarımız hər zaman beynəlxalq arenalarda inamla çıxış edir, möhtəşəm qələbələr, nailiyyətlər əldə edirlər.

Möhtərəm Prezident, Sizin ölkəmizin, xalqımızın sabahı üçün sərf etdiyiniz böyük zəhmətiniz, əzmkarlığınız, ölkədə bədən tərbiyəsi və idmanın inkişafı naminə həyata keçirdiyiniz uğurlu siyasət hər birimizi yeni-yeni uğurlara çağırır. Salyan gəncləri və idmançıları adından Sizə minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Hüseynov Araz,

Qasımov Aqşin,

Əliyeva Zülfiyyə,

Sadıqlı Fariz və başqaları - cəmi 25 nəfər.

Azərbaycan Respublikası, Salyan rayonu.