17 mart 2018, 15:05

Hüsniyyə Zeynalovadan, Neftçala, Azərbaycan

Möhtərəm cənab Prezident!

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə və təhsil sahəsindəki fəaliyyətimə yüksək qiymət verərək, məni “Əməkdar Müəllim” fəxri adı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu, təkcə mənə deyil, həm də Neftçala təhsilinə və Neftçala qadınlarının rayonun ictimai həyatında göstərdikləri fəallığa verilən yüksək qiymətdir.

Hörmətli cənab Prezident, Siz həmişə biz qadınlara xüsusi diqqət və qayğı göstərirsiniz. Mən bundan sonra da rəhbərlik etdiyim təhsil ocağının nailiyyətləri və yüksək göstəriciləri ilə Sizin mənə göstərdiyiniz bu etimadı doğrultmağa çalışacağam. Məni bu yüksək ada layiq gördüyünüz üçün Sizə bir daha öz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Zeynalova Hüsniyyə Heydərağa qızı,

Neftçala rayon Bankə qəsəbə 2 saylı tam orta məktəbin direktoru

Azərbaycan Respublikası, Neftçala rayonu.