17 mart 2018, 17:00

Səriyə Mahmudova və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin diqqət və qayğınız sayəsində bölgələrimiz gündən-günə inkişaf edir, gözəlləşir. Bu yenilik, bu abadlıq rayonumuzun hər bir küçəsində hiss olunur. Biz görülən işləri küçəmizin timsalında daha aydın görürük.

Küçəmizə aprel döyüşlərində şəhid olmuş həmyerlimiz Nicat İsgəndərovun adı verilib. Hazırda burada canlanma yaşanır. Küçəmizə yeni daş hasarlar çəkilir və bəzək daşları ilə üzlənir. Kommunikasiya, işıq xətləri yeniləri ilə əvəz edilir. Bütün bu işlər başa çatdıqdan sonra küçəmiz asfaltlanacaq. Girişdə şəhid Nicat İsgəndərovun tuncdan barelyefi qoyulacaq.

Möhtərəm cənab Prezident, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə, küçələrimizin abadlaşdırılmasına, bütövlükdə rayonumuza göstərdiyiniz hərtərəfli diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

İnanırıq ki, tezliklə işğaldan azad ediləcək torpaqlarımızda da belə tikinti-abadlıq işləri aparılacaq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Mahmudova Səriyə

Kərimova Fazilə

İbrahimov Asif

Əfəndiyev Vaqif

Əliyev Rasim.

Azərbaycan Respublikası, Tərtər rayonu.