17 mart 2018, 18:00

Eyvaz Məcidovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizin hər bir guşəsində abadlıq və tikinti işləri aparılır, irimiqyaslı layihələr həyata keçirilir.

Son illər ərzində Masallı rayonunda da abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Masallı şəhərinin mərkəzi küçələri gündən-günə gözəlləşir, yaşıllıqlar və parklar göz oxşayır. Rayonumuz heç vaxt belə gözəl, qonaq-qaralı olmayıb. Kəndlərimiz də şəhərimizdən geri qalmayaraq müasirləşir. Kəndlərə təbii qaz xətti çəkilib. Kəndimizə işıq və qaz artıq fasiləsiz verilir. Bütün bunlara görə Sizə minnətdarıq.

Əziz Prezidentimiz, kəndlərimizə göstərilən bu diqqət və qayğıya görə sakinlər və ailələrimiz adından Sizə möhkəm cansağlığı arzulayırıq. Gördüyünüz bu müqəddəs işlərə görə kəndimizin ağsaqqalları, ziyalıları Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, ailənizə, övladlarınıza xoşbəxt günlər arzulayırlar. Siz əsl rəhbərsiniz.

Hörmətlə,

Məcidov Eyvaz, təqaüddə olan müəllim.

Azərbaycan Respublikası, Masallı rayonu, Yeddoymaq kəndi.