20 mart 2018, 14:20

Ceyhun Əliyevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Masallıya hər səfəriniz bizi çox sevindirir, qəlbimizi qürur hissi ilə doldurur. Sizin göstərdiyiniz diqqət və qayğı sayəsində son illər rayonumuz xeyli inkişaf edib. Bayraq Meydanının, Dövlət Rəmzləri Muzeyinin, "ASAN həyat" kompleksinin, içməli su təchizatı sisteminin, Tarix-Diyarşünaslıq Muzeyinin, uşaq-incəsənət məktəbinin tikilib istifadəyə verilməsi bizi hədsiz dərəcədə sevindirir. Burada çalışan insanların xeyir-duasını Sizə çatdırmağı özümə borc bilirəm. Bu layihələrin həyata keçirilməsi təkcə Masallı rayonunun deyil, bütövlükdə regionun mədəni həyatında böyük əhəmiyyət kəsb edir.

Möhtərəm cənab Prezident, doğma Azərbaycanımızın, o cümlədən Masallı rayonunun sürətli inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha minnətdarlığımızı bildirir, möhkəm cansağlığı arzulayıram. Xalqımızın qarşıdan gələn əziz bayramı – Novruz bayramı münasibətilə Sizi təbrik edir, Sizə və ailə üzvlərinizə "Bayramınız mübarək" deyirəm.

Hörmətlə,

Əliyev Ceyhun Məmmədhüseyn oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.