20 mart 2018, 14:22

Nuranə Nəsirovadan, Lənkəran, Azərbaycan

Sizin uğurlu siyasətiniz sayəsində bu gün Azərbaycan dünya miqyasında tanınmaqla ən qüdrətli və güclü dövlətlərdən birinə çevrilib. Biz bundan qürur duyuruq. Fəxr edirik ki, Sizin kimi qətiyyətli Prezidentimiz, Azərbaycan kimi qüdrətli dövlətimiz var. Biz dövlətimizin gücünü Sizin xalqımıza olan qayğınızda görürük. Sizin sərəncamlarınızla şəhər və kəndlərimizdə yollar yenidən qurulur, ən müasir standartlara uyğun məktəb binaları, mədəniyyət ocaqları tikilərək istifadəyə verilir.

Möhtərəm cənab Prezident, ölkəmizin bütün bölgələri kimi, Lənkəran da Sizin rəhbərliyinizlə sürətlə inkişaf edir. Son illər rayonumuzda çoxlu sayda yeni sosial obyektlər inşa olunub və onların bir qismi Sizin Lənkərana səfəriniz zamanı istifadəyə verilib.

Fürsətdən istifadə edərək, fəaliyyətimə yüksək qiymət verərək 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində məni "Tərəqqi" medalı ilə təltif etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Əziz Prezidentimiz, rayonumuzun ictimaiyyəti adından Sizə bir daha təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı, çətin və məsuliyyətli işinizdə uğurlar arzulayıram. Qoy, xalqımız Sizin rəhbərliyinizlə daim firavan və xoşbəxt yaşasın, bayrağımız uca zirvələrdə dalğalansın.

Sizi əmin edirik ki, biz - Lənkəran rayonunun mədəniyyət işçiləri aprelin 11-də keçiriləcək prezident seçkilərində Sizi dəstəkləyəcəyik. Dövlət müstəqilliyimiz sarsılmaz və əbədidir.

Yeni zirvələr fəth edən Azərbaycan Respublikasının dayağı və Prezidenti, daim var olun!

Hörmətlə,

Nəsirova Nuranə Tofiq qızı, Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.