İlham Əliyev Hindistanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

04 aprel 2018, 16:30
İlham Əliyev Hindistanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Hindistan Respublikasının xarici işlər naziri xanım Suşma Svaracın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Hindistan Respublikasının xarici işlər naziri Suşma Svaracın Qoşulmama Hərəkatı nazirlər konfransında iştirakının əhəmiyyətinə toxunaraq səfərin, eyni zamanda, ikitərəfli münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransının əhəmiyyətinə toxunan Suşma Svarac Hindistanın bu təşkilatın təsisçi üzvü olduğunu vurğuladı və tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. Ölkələrimiz arasında tarixi əlaqələrin mövcud olduğunu deyən Suşma Svarac bu gün də ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi və ticarət dövriyyəsinin böyük həcmdə artmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. O, ölkəsində genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini qeyd edərək bu sahədə Hindistanın böyük potensiala malik olduğunu dedi. Nazir ölkəsinin Bakı-Tbilisi-Ceyhan layihəsində iştirakının önəmini vurğuladı və eyni zamanda, digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Hindistanlı nazir ölkəsinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı.

Öz növbəsində, ticarət dövriyyəsinin artmasından məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, turizm sahələrində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi. Bakı-Tbilisi-Ceyhan qlobal layihəsində Hindistanın iştirakından məmnunluğunu bildirən Prezident İlham Əliyev gələcəkdə Hindistanın digər şirkətlərinin Azərbaycan iqtisadiyyatında investor kimi iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10