12 aprel 2018, 20:30

Böyükağa Axundovdan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident.

Uzun illər boyu Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılması, dövlətimizin daha da qüdrətlənməsi istiqamətində gördüyünüz işlər bizi sabaha inamla addımlamağa çağırır. Yaxın keçmişə nəzər saldıqda bugünkü tərəqqiyə, inkişafa, insanların yaxşı yaşamasına, yaradılan şəraitə görə sevinməmək mümkün deyil.

Son bir neçə il ərzində Lənkəranda aparılan tikinti-quruculuq işləri, kənd təsərrüfatının inkişafı, rayonun çətin dağlıq ərazilərində yerləşən kəndlərin qazlaşdırılması, elektrik təchizatının yaxşılaşdırılması, fasiləsiz telekommunikasiya xidmətləri, yolların təmiri, iş adamlarına yaradılan şərait, gənclərimizin iş yerləri ilə təmin olunması bizi çox sevindirir. Apardığımız məqsədyönlü siyasəti daim dəstəkləyən, dövlətçiliyimizin müdafiəsi və möhkəmlənməsi naminə ətrafınızda sıx birləşən minlərlə lənkəranlı kimi, biz də bu firavan və xoşbəxt günümüzə görə Sizə dərin minnətdarlığımızı və hörmətimizi bildiririk. Sizi əmin edirik ki, bundan sonra da xalqlımıza, dövlətimizə və Prezidentimizə məsuliyyətlə xidmət edəcəyik. Siz zəngin biliyiniz və təcrübəniz sayəsində ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirərək, ölkəmizin gündən-günə inkişaf etməsini təmin etmisiniz. Bu, sağlam düşüncəli hər bir gənc kimi, mənim də ürəyimcədir.

Cənab Prezident, biz Sizin müdrik rəhbərliyiniz altında həyata keçirilən bütün işləri bundan sonra da dəstəkləyəcəyik.

Hörmət və ehtiramla,

Axundov Böyükağa Salam oğlu.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.